Rusiya sülhməramlıları Kəlbəcərə növbəti humanitar yardımı gətirib

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb. 

“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, – deyə Rusiya MN-in məlumatında qeyd olunub . 

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi nəticəsində yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır –

Sonrakı məqalə

Baş Prokurorluq “Instagram”da vətəndaşların suallarına cavab verəcək –