“Rusiya təhlükəsizlik məsələlərində Ermənistanı həmişə dəstəkləyib”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, regionda sabitlikdə maraqlıdır.
“Rusiya ənənəvi olaraq bu istiqamətdə sabitliyə həmişə diqqət yetirib və erməni xalqının təhlükəsizliyinin təmin edilməsində erməni dostlarımızı dəstəkləyib”, – Putin bildirib.
Azpost.info