Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edəcək.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
N.Patruşev Əfqanıstan üzrə məsləhətləşmələrdə iştirak edəcək. Görüşə Əfqanıstan, Hindistan, İran, Çin, Pakistan Təhlükəsizlik şuralarının katibləri və müşavirləri də qatılacaqlar(azərtac).