Rusiya “Telegram”ın sahibini beynəlxalq axtarışa verdi– Durov terrorçuluğa yardımda ittiham olunur

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının qurucusu Pavel Durov barəsində beynəlxalq axtarış elan edildiyini açıqlayıb.

Rusiya KİV-lərinin məlumatına görə, FSB Durova qarşı terrorçuluq fəaliyyətinə yardım ittihamı irəli sürüb.

Qurumun açıqlamasında bildirilib ki, Pavel Durova qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terrorçuluq fəaliyyətinə yardım) üzrə aparılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

FSB-nin məlumatına əsasən, bununla əlaqədar Pavel Durov beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, bu məlumat Rusiya dövlət agentliyi TASSREN TV tərəfindən FSB-yə istinadən yayılıb. Hazırda Pavel Durovun özü və ya Telegram tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.