Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib –

FOTO
03 Oktyabr 2019 - 15:13

Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, terrorçu qruplaşmanın üzvü olmaqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Elşad Mahmudov barəsində həbsli axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib. (APA)