Elman Babayev ali məktəbdə şöbə müdiri təyin olunub

Bakı Mühəndislik Universitetində (BMU) təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

BMU-dan bildirilib ki, universitetin Mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

E. Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Trend” İnformasiya Agentliyində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib –

Sonrakı məqalə

Fəzail Ağamalı İTV-nin populyar verilişinin dəvətini rədd edib: