“Rusiya üçün qeyri-dost ölkələr yoxdur, dost olmayan elitalar var” –Putin

Rusiya üçün qeyri-dost ölkələr yoxdur, lakin bu ölkələrin dost olmayan elitaları var.

Bunu Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinin mədəniyyət işçiləri ilə görüşündə deyib.

“Bizim qeyri-dost adlandırdığımız ölkələrin belə bu gün çoxsaylı nailiyyətləri var. Bizim qeyri-dost ölkələrimiz olmasa da, bu ölkələrdə bizə dost olmayan elitalar var”, – deyə Putin qeyd edib.

Rusiya lideri əlavə edib ki, Avropa mədəniyyətində yaxşı cəhətlər çoxdur, lakin hazırda bu ölkələrin həyatında çoxsaylı problemlər də var.

Əvvəlki məqalə

Masallıda həkimlərin iştirakı ilə “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib

Sonrakı məqalə

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib