Ukraynanın əsirliyində olan 20 nəfər Rusiya Silahlı Qüvvələrinin hərbçisi azad edilib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Rusiya ilə əsirlərin mübadiləsi barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da məlumat verib. O, azad edilən hərbçilər arasında Ukrayna Silahlı Qüvvələrinin zabit, serjant və əsgərlərinin olduğunu, ümumilikdə 32 nəfərin ölkəyə qayıtdığını bildirib.
Onun sözlərinə görə, Kiyev həmçinin israilli Dmitri Fialokun cəsədini qəbul edib.
Azpost.info