Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu yenidən bəyan etdi

Trampın Qafqaz
Trampın Qafqaz

Rusiya Ukrayna ilə danışıqlara açıq olduğunu və təmasların mümkün formatları ilə bağlı konstruktiv təşəbbüsləri nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi dəfələrlə dialoqa hazır olduğunu bəyan edib və indiyədək danışıqlar prosesindən imtina etməyib.

Diplomat vurğulayıb ki, Moskva hazırda da bu mövqeyini qoruyub saxlayır.

Qaluzin əlavə edib ki, danışıqlar prosesinin gələcək inkişafı konkret təkliflərin ortaya çıxmasından asılıdır. O bildirib ki, mümkün yeni təşəbbüslərin irəli sürülməsi Rusiya tərəfinin səlahiyyətlərinə aid məsələ deyil.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.