Rusiya Ukrayna şəhərlərinə raket zərbəsi endirib- Ölənlər və dağıntılar altında qalanlar var

Rusiya Ukrayna ərazisinə irimiqyaslı raket zərbəsi endirib.

Azpost.info xəbər verir ki, təxminən səhər saat 7-dən səhər saat 9:25-dək davam edən bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, raketlər Rusiyanın Murmansk vilayətindəki Olenya aerodromundan havaya qalxan 17 bombardmançı təyyarədən buraxılıb.

Partlayışlar Xarkov və Xmelnitski vilayətlərində, Zaporojye, Krivoy Roq və Dneprdə baş verib.

“Xarkov vilayətinə ən azı dörd partlayış baş verib”, – vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Çuqevski rayonunun Zmiyev şəhərində yaşayış binasına raket düşüb, iki nəfər yaralanıb, daha iki nəfər dağıntılar altındadır.

“Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərində Rusiyanın raket hücumu nəticəsində 20-dən artıq adam xəsarət alıb, yaşayış binalarına ziyan dəyib”, – şəhərin rəhbəri Sergey Reznik bildirib.

Ukrayna daxili işlər nazirinin rəhbərinin sözlərinə görə, Krivoy Roqda yaşayış binasına və ticarət mərkəzinə ziyan dəyib, üç nəfər dağıntılar altındadır. Həmçinin ərazidə fərdi yaşayış evi dağılıb, bir nəfər ölüb.

Azpost.info

Əvvəlki məqalə

Novruz bayramında 1 həftə iş olmayacaq

Sonrakı məqalə

“Narkoman deyiləm…” –