Rusiya Ukraynada daha bir yaşayış binasını raketlə vurub –10 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.

UNİAN  xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.

“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, – deyə məlumatda deyilir.

Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.

İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.

Əvvəlki məqalə

Lavrovun müavini Bakıda məsləhətləşmələr aparıb

Sonrakı məqalə

Bu gündən Ukrayna Rusiya vətəndaşlarına viza rejimi tətbiq edir