Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiya daha bir yüksək rütbəli zabitini itirib.
Azpost.info info xəbər verir ki, iyunun 12-də raket hücumundan sonra 35-ci Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi, general-mayor Sergey Qoryaçov həlak olub.
Hərbi əməliyyatın əvvəlində Qoryaçov 5-ci tank briqadasının komandiri idi, müharibə zamanı isə ordunun qərargah rəisi vəzifəsinə qədər “böyüdü”.
“Mediazona”nın iyunun əvvəlinə olan hesablamalarına görə, xüsusu hərbi əməliyyat dövründə 4 rus generalı, 58 polkovnik, 176 polkovnik-leytenantın ölümü təsdiqlənib.
Nəşr ölən generalların adlarını da açıqlayıb: general-mayor Kanamat Botaşev, “DXR”-in 1-ci Ordu Korpusunun komandiri, general-mayor Roman Kutuzov, 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandirinin müavini, general-mayor Andrey Suxovetski və 8-ci Ordu komandirinin müavini, general-mayor Vladimir Frolov.
Pentaqon isə Rusiya ordusunun yüksək komandanlığının itkilərini iki dəfə çox qiymətləndirir. Pentaqonun kəşfiyyat rəhbəri Skot Berrier mayın 10-da azı 8 rus generalının öldüyünü açıqlayıb. O qeyd edib ki, bu, zabitlər üçün yüksək göstəricidir və Əfqanıstanda 20 illik münaqişədə həlak olan amerikalı generalların sayından çoxdur.
Eyni zamanda, hələ ötən ilin avqustunda Böyük Britaniyanın Müdafiə Nazirliyi müharibə zamanı Rusiya ordusunun 10 generalının həlak olduğunu bildirmişdi. Yapon kəşfiyyatının 2023-cü ilin fevralına olan məlumatına görə, Ukraynadakı müharibədə 20 rus generalı həlak olub.
Azpost.info
