“Rusiya Ukraynada niyyətlərini gizlədir” –

Pentaqonun mətbuat katibi
07 Aprel 2021 - 11:14

ABŞ Müdafiə Nazirliyi Rusiyanı Ukraynanın cənub-şərq sərhədində və Krımda hərbi qüvvələrin cəmlənməsi ilə bağlı niyyətini izah etməyə çağırıb.

Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə bildirib.

O, Rusiyanın niyyətlərini gizlədərək və bölgədəki gərginliyi alovlandıraraq ənənəvi şəkildə hərbi təlimlər keçirdiyini elan etmədiyini qeyd edib.