Rusiya Ukraynadakı səfirlik işçilərini təxliyə edəcək

Moscow in pictures

Rusiya Ukraynadakı səfirlik işçilərini tezliklə təxliyə edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İndiki şəraitdə birinci prioritetimiz rusiyalı diplomatların, səfirlik və baş konsulluq əməkdaşlarının qayğısına qalmaqdır. Onların həyatını və təhlükəsizliyini qorumaq üçün Rusiya rəhbərliyi Rusiyanın Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını təxliyə etmək qərarına gəlib. Çox yaxın gələcəkdə proses həyata keçiriləcək”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir