Rusiya ordusu bu gün səhər Ukraynanın bir sıra ərazilərinə zərbələr endirib.
Azpost.info UNİAN-a istinadən bildirir ki, Xarkov şəhərində bir neçə partlayış baş verib. Bu barədə şəhərin meri İqor Terexov açıqlama yayıb. “Şəhərin sənaye müəssisələrindən birinə zərbə endirilib”-deyə o vurğulayıb.
Xarkov metrosunda hərəkət dayandırılıb.
Rusiya həmçinin Dnepropetrovska da zərbələr endirib. Şəhərin hərbi administrasiyasının başçısı Valentin Rezniçenki bildirib ki, Dneprin enerji infrastrukturna raket zərbələri endirilib. Vilayətdə su və işıqla bağlı problemlər var.
“Yanğın və dağınıtlar var. Dneprin ayrı-ayrı rayonları işıqsız qalıb”.
Jitomir şəhərində də partlayışlar olub. Orada iki enerji təzhizatı obyekti vurulub.
Kiyev vilayətində də hava həyəcanı verilib. Teleqram kanallar həmçinin Zaparojyedə partlayışların olduğunu xəbər verir.