Rusiya hökumət Ukraynaya qarşı fərdi sanksiyaları genişləndirib.
RİA Novosti xəbər verir ki, bu barədə məlumat federal hüquqi informasiya portalında yerləşdirilib.
Siyahıya sabiq prezident Petro Poroşenko da əlavə edilib.
Qeyd edək ki, 2018-ci ilin noyabrında rəsmi Moskva Ukraynadan olan 300-dən çox fiziki və 68 hüquqi şəxsə qarşı xüsusi iqtisadi sanksiyalar tətbiq etmişdi. Siyahıya daha sonra bir çox tanınmış siyasətçilər və o dövrdə vəzifədə olan məmurlar (Daxili İşlər naziri Arsen Avakov, Müdafiə naziri Stepan Poltorak və s.) daxil edilib.
Sanksiya adları siyahıda olan fiziki və hüquqi şəxslərə məxsus əmlakın bloklanmasını, o cümlədən kapitalın Rusiya ərazisindən ölkə xaricinə çıxarılmasına qadağanı nəzərdə tutur.