Rusiya Ukraynanın separatçı ərazilərində yaşayanları hərbi xidmətə çağırır –

rus ukra ordu

“Rusiya hərbi komissarlıqları Ukraynanın işğal edilmiş əraziləri olan separatçı “DNR” və “LNR”-də yaşayan insanları hərbi xidmətə çağırır. 

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini Viktor Vodolatski bildirib. Onun sözlərinə görə, Rostov vilayətinin hərbi komissarlığı bütün arzu edənləri qəbul edəcək və hərbi qeydiyyata alacaq.

Bu təklif həmçinin “Rusiya vətəndaşlarına” da aid olunur. Qeyd edək ki, işğal olunmuş ərazilərdə yaşayan ukraynalıların böyük əksəriyyəti rus pasportu daşıyır.

Vodolatski bildirib ki, bu çağırışçılar hərbi xidmətini Rusiya ərazisində keçəcək.

Bu konteksdə Kreml növbəti dəfə “rusdilli əhalinin təhlükəsizliyinin müdafiəsinin” təmin olunması barədə danışmağa başlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir