Rusiya hərbi qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib.
UNIAN xəbər verir ki, Vinnitsada bir neçə partlayış səsi eşidilib.
Partlayışlarla bağlı rəsmi məlumat Vinnitsa Şəhər Şurasının “Telegram” kanalında da yer alıb.
“Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın”, – səlahiyyətlilər yazıb.
Vinnitsa regional administrasiyasının rəhbəri Sergey Borzov ölən və yaralıların olduğunu bildirib. “Rəqəmlər dəqiqləşdirilir. Şəhərə dörd raket atılıb”, – o deyib.
İlkin məlumata görə, 6 nəfər yaralanıb, 2 nəfər ölüb.
