Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Ukraynaya 650 PUA və 50-dən çox raketlə hücum edib

User 30 Oktyabr 2025 - 15:14 (Last updated: 30 Oktyabr 2025 - 15:15)
Zelenski

Zelenski

Rusiya qoşunları Ukraynaya gecə boyu azı 650 dron və 50-dən çox raketlə hücum edib. Onların bir çoxu vurulub, amma hədəfə dəyənlər də var.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalındakı paylaşımında bildirib.

“Bir çox bölgəmizdə Rusiyanın gecə hücumundan sonra təcili yardım və xilasetmə əməliyyatları davam edir. Düşmən mürəkkəb, birləşmiş zərbədən istifadə edib: 650-dən çox dron, habelə ballistik və aeroballistik silahlar da daxil olmaqla müxtəlif növ 50-dən çox raket buraxılıb. Onların bir çoxu vurulub, amma təəssüf ki, bəziləri hədəfə dəyib”, – deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Zaporojyedə yaşayış binaları hücumlar nəticəsində zərər görüb və bir yataqxana dağılıb. Zərbə nəticəsində onlarla insanın, o cümlədən beş uşağın yaralandığı məlumdur. Təəssüf ki, iki nəfər ölüb. Xilasetmə əməliyyatları davam edir.

Ladıjin şəhərində yeddi yaşlı oğlan ağır yaralanıb. Vinnitsa, Kiyev, Nikolayev, Çerkassı, Poltava, Dnepr, Çerniqov, Sumı, İvano-Frankovsk və Lvov vilayətlərində enerji və yaşayış infrastrukturuna çoxsaylı hücumlar da olub.

Ukrayna Prezidenti bildirib: “Bütün zəruri xidmətlər cəlb edilib; hazırda əlçatmaz olan yerlərdə elektrik enerjisi və su təchizatını mümkün qədər tez bərpa etməyə çalışmalıyıq”.

Dövlət başçısı hər belə hücumdan sonra Rusiyaya yeni sanksiyalar tətbiq etmək və real təzyiq göstərmək ehtiyacını bir daha vurğulayıb.

“Ümidvarıq ki, Amerika, Avropa və G7 ölkələri Moskvanın hər şeyi məhv etmək istəyini görməzdən gəlməyəcək. Rusiyanın neft və qaz sənayesinə və maliyyəsinə yeni təzyiq göstərmək lazımdır, bu müharibəni dəstəkləyənlərə isə ikinci dərəcəli sanksiyalar tətbiq olunmalıdır. Sülh uğrunda çalışan hər birinizə təşəkkür edirəm”, – deyə o əlavə edib.

AzPost.az

Post navigation

Previous: Qızılın qiyməti 2027-ci ilə kimi artmaqda davam edəcək
Next: Balakənin icra başçısı vəzifəsindən azad olundu –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.