“Rusiya və Çin arasında əməkdaşlıq dünyada sabitlik üçün vacibdir”- PUTİN

“Rusiya ilə Çin arasında əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi üçün vacibdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van İ ilə görüşündə deyib.

“Bu gün beynəlxalq münasibətlər mürəkkəbdir. Bu baxımdan, Çin Xalq Respublikası ilə Rusiya arasında beynəlxalq arenada əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi üçün çox vacibdir”, – Putin qeyd edib.

Onun sözlərinə görə, Moskva və Pekin müxtəlif sahələrdə və bir çox beynəlxalq platformalarda əməkdaşlıq edir: “Bunlar  BMT, Rusiyanın daimi üzvü olduğu Təhlükəsizlik Şurası, BRİKS, Şanxay Təşkilatı kimi beynəlxalq təşkilatlardır. Rusiya və Çin bütün dünyada sabitlik üçün son dərəcə vacib olan çoxqütblülüyün gücləndirilməsi və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi istiqamətində birgə işi davam etdirmək niyyətindədir. Bizim çoxlu birgə işimiz var”.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib

Sonrakı məqalə

“Pekin Moskva ilə strateji əməkdaşlığı genişləndirməyə hazırdır”