İran və Rusiya aviasiya sahəsində əməkdaşlıq memorandumu imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Bəxş məlumat verib.
“İran və Rusiya arasında pilotların təlimi üçün infrastrukturdan və təyyarələrin təmiri və texniki xidməti mərkəzlərindən istifadəyə dair ikitərəfli memorandumlar və sazişlər imzalanıb”, – Bəxş bildirib.
Bəxş qeyd edib ki, gələcəkdə təyyarələrin təmiri üçün iki ölkənin istehsal etdiyi istənilən ehtiyat hissələrinin birgə istifadəsi mümkündür. O, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin bu sahədə İran standartlarını tanıdığını da xatırladıb.
Azpost.info