Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir

06 Oktyabr 2021 - 12:52
MOSCOW, RUSSIA - JUNE 11, 2020: A view of the offices of the Russian Foreign Ministry in Smolenskaya Square. Valery Sharifulin/TASS Ðîññèÿ. Ìîñêâà. Âèä íà çäàíèå Ìèíèñòåðñòâà èíîñòðàííûõ äåë ÐÔ íà Ñìîëåíñêîé ïëîùàäè. Âàëåðèé Øàðèôóëèí/ÒÀÑÑ

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində nazirlər çıxış ediblər.

S. Lavrov bildirib ki, Rusiya və İran prezidentlərinin bu ilin avqust və sentyabr aylarında baş tutmuş son telefon danışıqları zamanı gələcəkdə görüləcək işlərin bir sıra istiqamətləri razılaşdırdılıb.

“Bugünkü görüşdə bu razılaşmaların həyata keçirilməsi məsələsinə baxmalıyıq. Əməkdaşlığımızın yeni istiqaməti İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qoşulması olacaq. Bununla bağlı müvafiq qərar ŞƏT-in bir müddət əvvəl Düşənbədə keçirilmiş sammitində verilib. Əlbəttə ki, bugünkü danışıqlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının heç bir əlavə olmadan tam şəkildə bərpa olunması prioritet məsələdir. Biz danışıqlarda bu prosesi tezləşdirmək istəyirik. Gündəlikdə olan digər məsələlər isə, əlbəttə ki, Suriya, Yaxın Şərq və Şimali Afrikanın digər regionlarında əməkdaşlığımız və Fars körfəzi zonasında normal münasibətlərin bərpa olunması yollarıdır. Ona görə də, hesab edirəm ki, sizin Moskvaya səfərinizin olduqca vaxtında edilib. Əminəm ki, səmərəli işləyəcəyik”, – Rusiya XİN rəhbəri vurğulayıb.