Rusiya və KTMT ordusu Özbəkistana müdaxilə edəcək? –"Vəziyyət ağırlaşacaq" (KTMT-dən AÇIQLAMA)

“Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı Özbəkistandakı vəziyyətlə bağlı regionda mürəkkəb situasiyanın yaranacağını gözəyir”. 

Azpost. info TASS-a istinadən bildirir ki, bu sözləri KTMT-nin katibliyinin nümayəndəsi Aleksandr Kuznetsov deyib: “Özbəkistan KTMT-nin məsuliyyət zonasında olan bölgəyə daxildir. Hadisələrin inkişafının proqnozlaşdırılması gedir. Proqnozlar deyir ki, hələlik hər şey qeyri-sabitdir, mürəkkəb vəziyyətin ortaya çıxacağı gözlənilir. Qaraqalpaqda baş verənlərlə bağlı Rusiya ilə Özbəkistan arasında iki sutka danışıqlar gedib. Rusiya dəstəyini ifadə edib. Bütün bunlar KTMT-nin qurumlarında baxılacaq, və baş verənlərə mütləq reaksiya olacaq”.

Kuznetsovun fikrincə, Özbəkistanda baş verən hadisələrdə xarici dövlətlərin izi var. “Özbəkistanda Konstitusiyanın dəyişdirlməsi cəhdi nəticəsibdə baş verən hadisələr də vəziyyətə mənfi təsir edir. Aydındır ki, burada təkcə bu ölkənin sakinləri deyil, başqa dövlətlərin nümayəndələri də iştirak edir. Bu isə situasiyanın mənfi yöndə inkişafına təsir edir”-deyə o vurğulayıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

Rusiya XİN Üçtərəfli İşçi Qrupun irəliləyiş əldə etdiyini açıqlayıb

Sonrakı məqalə

Vilayət Eyvazov türkiyəli generalı qəbul edib