Rusiya və Belarus qoşunlarının birgə təlimi başlayıb

Belarusda Rusiya və Belarus qoşunlarının regional qruplaşmasının Birləşmiş Komandanlığının birgə qərargah təlimi başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Qoşunlar İttifaq dövlətini qorumaq üçün qruplaşmadan istifadəni işləyəcək və təlimin özü 2023-cü ilin sentyabrında Rusiyada keçiriləcək. Bu, “İttifaq Qalxanı-2023″ birgə əməliyyat təliminə hazırlığın növbəti mərhələsi olacaq.

“Bu gün Belarus Silahlı Qüvvələrində qoşunların regional qruplaşmasının Birləşmiş Komandanlığının birgə qərargah təlimi başlayır. Bir həftə ərzində iki dövlətin hərbi idarələrinin nümayəndələri son illərin silahlı münaqişələrinin təcrübəsinə əsaslanaraq, qoşunların istifadəsinin birgə planlaşdırılması məsələlərini işləyəcəklər”, – nazirliyin məlumatında deyilir.

Azpost.info

Əvvəlki məqalə

Məşhur “Spice Girls” qrupu Britaniya kralına görə yenidən birləşir

Sonrakı məqalə

Azərbaycan komandosları döyüş tapşırıqları üzrə məşqlərə başlayıb –