Rusiya və Çin Ayda elmi stansiya quracaq

Rusiyanın “Roskosmos” Dövlət Korporasiyası və Çin Milli Kosmik İdarəsi 2023-2027-ci illər üçün əməkdaşlığın inkişafı proqramını təsdiqləyib.

Azpost.info xəbər verir ki, proqrama Ay stansiyasının qurulmasına dair hökumətlərarası saziş də daxildir.

“Rusiya və Çin hökumətləri arasında Beynəlxalq Elmi Ay Stansiyasının yaradılmasında əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da Yerin təbii peykinin öyrənilməsində ciddi addımdır”, – “Roskosmos”dan bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

“Sabah Putinlə Si Cinpin danışıqlar aparacaq”

Sonrakı məqalə

Bakıda Qırğızıstan Ticarət Evi açılıb