“Sabah Putinlə Si Cinpin danışıqlar aparacaq”- PESKOV

Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin dekabrın 30-da videokonfrans vasitəsilə danışıqlar aparacaqlar.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər ikitərəfli münasibətləri müzakirə edəcək, Rusiya və Çinin regional problemləri ilə bağlı fikir mübadiləsi aparacaqlar: “İlk növbədə, ikitərəfli Rusiya-Çin münasibətlərindən danışacaqlar. Bilirsiniz ki, ticarətin həcmində sürətli artım var. Təbii ki, ən kəskin regional problemlər ətrafında da fikir mübadiləsi aparılacaq”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

BMT Baş katibi sülhə dair çağırış edib-

Sonrakı məqalə

Rusiya və Çin Ayda elmi stansiya quracaq