Rusiya və Ukrayna prezidentləri telefonla danışıblar

Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Ukrayna prezidentinin mətbuat xidməti  xəbər verir ki, dövlət başçıları dialoqun normallaşmasına gedən yolda birinci mərhələ çərçivəsində əldə edilmiş razılaşmaların icrasının nəticəsindən məmnun olduqlarını bildiriblər. Tərəflər Donbasda atəşkəs rejiminə riayət etməyin, təmas xəttində qüvvələrin ardıcıl olaraq bir-birindən aralanmasının əhəmiyyətini vurğulayıblar.

Prezidentlər həmçinin Normandiya formatında görüşün keçirilməsi tarixini müzakirə etmək barədə razılığa gəliblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi? –

Sonrakı məqalə

Türkiyə və ABŞ qoşunları Suriyada birgə antiterror əməliyyatına başladı