Səs yazısı korrupsiya əməlində sübut sayıla bilərmi? –ŞƏRH

Rüşvətin alınmasını və ya onun verilməsini sübuta yetirmək elə də asan deyil. Vətəndaşlar bəzən bu cinayət əməlini ictimailəşdirmək üçün video-kameralardan, yaxud səs yazılarından istifadə edirlər. Bəs görəsən səs yazısı rüşvətin alınıb-verilməsini sübuta yetirmək üçün istintaq prosesində dəlil sayıla bilərmi?

Azpost.info bildirir ki, məsələ ilə əlaqədar vəkil İntiqam Hacıyev e-huquq.az şərh verib. Vəkil  bildirib ki, səs yazısının sübut sayılması üçün, ilk növbədə, onun qanuni olub-olmamasına baxmaq lazımdır: “Yəni səs yazısı qeydə alınarkən bunun qanun çərçivəsində həyata keçirilib-keçirilmədiyinə nəzər yetirmək lazımdır”. 

Onun sözlərinə görə, əgər səs yazısı qanunsuzdursa və o, istintaqın marağında olarsa, ekspertiza təyin edilir: “Ekspertiza həmin səs yazısındakı səsin doğrudan da prosesə məxsus olub-olmadığını müəyyənləşdirir. Ekspert rəy versə ki, səs yazısındakı səs müəyyən şəxsə məxsusdur o zaman bu, sübut sayılır və o, hüquqi formada sənədləşdirilir. Bəzən müstəntiq səs yazısına maraq göstərmir”.

İ.Hacıyev qeyd edib ki, ümumilikdə səs yazısı qanunsuz olduğuna görə sübut sayıla bilməz: “Yenə də təkrar edirəm ki, sübut etmək üçün isə ekspertiza təyin edirlər”. Vəkil diqqətə çatdırıb ki, səsin qanunsuz yazılmasına görə heç bir cəza müəyyən edilməyib: “Bu, qanunvericilikdə, o cümlədən Konstitusiyada qadağan edilsə də, səs yazısının qeydə alınmasına görə məsuliyyət heç bir yerdə nəzərdə tutulmayıb”. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gömrükdə intihara cəhd edən sahibkar danışdı:

Sonrakı məqalə

Rusiya və Ukrayna prezidentləri telefonla danışıblar