Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyada Vaqner muzdlularının dəfn olunduğu qəbirlərin sayı 7 dəfə artıb

User 25 Yanvar 2023 - 23:50 (Last updated: 21 May 2025 - 20:15)
qebir vaqner mudulu ukr

Krasnodar diyarındakı qəbirstanlıqlardan birində son iki ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.

The New York Times qəzeti yazır ki, bu qəbirstanlıqda Rusiyadakı Vagner özəl hərbi şirkətinin muzdlu əsgərlərini dəfn edirlər.

Qəzet qeyd edir ki, bu faktın dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixindən 24 yanvar 2023-cü ilədək dövrü əhatə edən peyk görüntüləri təhlil edilib.

The New York Times yazır ki, ötən il dekabrın sonlarında Molkino qəsəbəsi yaxınlığında Vagner şirkəti muzdlularının məzarlığının olması barədə məlumatı yerli fəal və keçmiş hərbçi Vitali Votanovski verib.

Onun sözlərinə görə həmin qəbirstanlıqda sahibi çıxmayan vaqnerçilərin meyitlərini basdırırlar.

Votanovskinin Telegramda dərc etdiyi fotolardan ehtimal etmək olar ki, burda dəfn edilənlərin bir çoxu Donbas vilayətindəki Soledar və Baxmut şəhərləri uğrunda döyüşlərdə həlak olub.

Məzar xaçlarındakı yazılarda əks etdirilən 16 ad və doğum tarixləri Rusiyada məhkun edilmiş şəxslərin məlumat bazasındakı ad və tarixlərə uyğun gəlir.

Yanvarın əvvəllərində belə bir məzarlığın mövcudluğunu Vagner özəl hərbi şirkətinin təsisçisi və sponsoru Yevgeni Priqojin də təsdiq etmişdi.

Priqojinin bu məzarlıq haqqında danışdığı videoklip RIA Novosti xəbər agentliyinin saytında yerləşdirlib.

Priqojinin mətbuat xidməti xəbər verir ki, həmin qəbirstanlıqda, orda dəfn olunmalarını vəsiyyət edənləri basdırırlar.

Bundan başqa qəbirstanlığın yaxınlığında kiçik bir məbəd və 2010-cu illərdən bəri müxtəlif münaqişələrdə həlak olanların xatirə abidəsi var.

Priqojinin sözlərinə görə həmin xatirə abidəsinin altında heç kim dəfn olunmayıb və oradakı lövhədə muzdlu əsgərlərin şəxsi nömrələri və aldıqları orden və medalların surətləri göstərilib.

Amma The New York Times yazır ki, yerli sakinlər bəzi həlak olanların kremasiya edildiyini və küllərinin xatırə divarına yerləşdirildiyini deyirlər.

RIA Novostinin ötən ilin dekabr ayına olan məlumatına görə qəbirstanlıqda 90 məzar olub.

Votanovski və yerli medialar daha əvvəl bildirirdilər ki, xatirə abidəsi və qəbirstanlıq Molkino kəndinin 10 kilometrliyində yerləşən Bakinskaya adlı stanitsadadır.

Wagner özəl hərbi şirkəti – qeyri-rəsmi hərbiləşdirilmiş təşkilat olaraq Rusiyanın Müdafiə Nazirliyinin və hər hansı rəsmi qurumunun balansında deyil.

Bu şirkətin muzdlu əsgərləri Suriya, Afrika və Ukraynadakı münaqişələrdə iştirak edirlər.

Onlardan bir çoxlarının çoxsaylı hərbi cinayətlər törətdiyi bildirilir.

2022-ci ilin yazında media xəbərlərindən məlum olmuşdu ki, özəl hərbi şirkət Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyanın islah-əmək koloniyalarından məhkumları toplayır.

Bu məhkumlara sağ qalacaqları təqdirdə məhkumluqlarının ləğv ediləcəyi vəd olunub.

Bu prosesin hüquqi baxımdan necə həyata keçirildiyi məlum deyil.

Post navigation

Previous: Türkiyə Ukraynaya iki “Bayraktar” hədiyyə etdi
Next: Ukraynada Türkiyəyə məxsus gəmi vurulub

Oxşar xəbərlər

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33

xƏBƏR

gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici...
Read more about PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib
Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.