Rusiya və Ukrayna ilə bağlı yeni addımlar atmaq niyyətindəyım –TRAMP

Tramp
Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı yeni addımlar atmaq niyyətində olduğunu bildirib.

O, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Ağ Ev lideri Rusiya və Ukrayna ilə bağlı yeni addımlar atmaq niyyətində olduğunu bildirib, lakin konkret nədən danışdığını açıqlamayıb.

“Bəzi şeylərin baş verdiyini görəcəksiniz”, – Tramp Rusiyanın Ukraynaya hücumlarına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Tramp ötən gün bildirib ki, iyulun 14-də Rusiya ilə bağlı böyük bəyanatla çıxış etməyi planlaşdırır. O, təfərrüatları açıqlamayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.