“23-24 iyun tarixlərində “Vaqner”in qiyam cəhdi zamanı Rusiya vətəndaş qarşıdurmasının astanasında idi”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Krasnodarda Cənub Federal Dairəsinin iclasında bildirib.
Onun sözlərinə görə, toqquşmanın qarşısı hüquq-mühafizə orqanları və hakimiyyət orqanlarının qətiyyətli hərəkətləri, həmçinin Rusiya xalqının birliyi və vətənpərvərliyi sayəsində aındı.
Patruşev qiyam qaldırmağa çalışanların hərəkətlərini xainlik adlandırıb. Onun fikrincə, məhz rusların birliyi rəqiblərə Rusiyanı məğlub etməyə imkan vermir:
“İyunun 23-24-də “Vaqner” rəhbərliyinin iddialı, əslində xəyanətkar hərəkətləri ucbatından ölkədə faktiki olaraq vətəndaş qarşıdurmasına cəlb olunmaq ərəfəsində olan hadisələr baş verdi. Lakin hərbi qulluqçuların, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının əməkdaşlarının, dövlət orqanları rəhbərlərinin qətiyyətli hərəkətləri, xalqımızın birliyi və vətənpərvərliyi bir daha göstərdi ki, Rusiya istənilən təhlükəyə qarşı duruş gətirəcək”.
Azpost.info
