Rusiya Xəzərdən Kiyevə İran PUA-ları ilə kütləvi zərbə endirib

İyunun 2-nə keçən gecə Rusiya Kiyevə növbəti kütləvi raket hücumu həyata keçirib.

Azpost.info bildirir ki, bu barədə Kiyevin hərbi administrasiyası Telegram kanalında məlumat yayıb.

Müxtəlif istiqamətlərdən raketlərlə eyni vaxtda Kiyev İranın “Şahed” PUA-larının hücumuna məruz qalıb. Hava hücumundan müdafiə qüvvələri düşmənin 30-dan çox hava hədəfini məhv edib.

“Raket buraxılışları Xəzər regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. İlkin məlumatlara görə, PUA-lar eyni vaxtda müxtəlif istiqamətlərdən Kiyevə hücum edib” -deyə hərbi administrasiyanın telegram kanalında deyilir.

İlkin məlumata görə, hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə Kiyev üzərində və Kiyev ətrafında hava məkanında müxtəlif təyinatlı 30-dan çox hava hədəfi aşkar edilərək məhv edilib. Dağıntı və tələfat barədə məlumatın olmadığı bildirilir.

Öz növbəsində Kiyevin meri Vitali Kliçko bildirib ki, Kiyevdə aviareyd zamanı xilasetmə xidmətlərinə və həkimlərə edilən çağırışlar qeydə alınmayıb.

Azpost.info

Əvvəlki məqalə

Medvedev prezident Zelenskini məhv etməyə çağırıb –

Sonrakı məqalə

Salyanda qəbirdə ölülərin qızıl dişlərini çıxaran dəstə tutulub –