Rusiya Xankəndidə konsulluq açır

Rusiya Xankəndidə Baş konsulluq açır. 

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

“Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir”-deyə Karasin bildirib.

“Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı senator bildirib.

Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı. “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”, – deyə Karasin əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Almaniya prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib