Rusiya Xarkova yeni hücum planlaşdırır- Ukrayna kəşfiyyatı

Rusiya ordusu yanvarın ortalarında Xarkova yeni hücum planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Moskva yanvarın 7-də bölgədə hava hücumlarını və artilleriya atəşini gücləndirə bilər.

Yanvarın 4-də Rusiya Silahlı Qüvvələri raket, artilleriya və minaatanlardan istifadə etməklə şəhərə və ona bitişik 15 yaşayış məntəqəsinə hücum edib. Ukrayna rəsmiləri bildiriblər ki, həm hərbi, həm də mülki hədəflər hücuma məruz qalıb.

Ukrayna Silahlı Qüvvələrinə yaxın mənbə hesab edir ki, bu zərbələr yaxın həftələrdə genişmiqyaslı hücuma hazırlıq sayılır.

Azpost.info

Əvvəlki məqalə

Şabranda 56 yaşlı kişi intihar edib

Sonrakı məqalə

“Kəpəz” ilk transferini reallaşdırıb