Rusiya Xerson şəhərini tam nəzarətə götürdüyünü elan edib
Rusiya Ordusu Xerson şəhərini tam nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik yüksək dəqiqliyə malik silahlarla Ukrayna Təhlükəsizlik Xidmətinin obyektlərinə, və 72-ci psixoloji əməliyyatlar mərkəzinə zərbələr endirdiyini bildirib.
Qeyd olunub ki, Kiyev teleqülləsinin aparat yayımı sıradan çıxarılıb.
