800 Azərbaycan vətəndaşı Xarkovdan təxliyə olunub –500 nəfər vətənə gətirilib (XİN)

“Ukraynada və onun ətrafında baş verən hadisələr ciddi narahatlıq doğurur”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, Ukraynada olan azərbaycanlılarla bağlı sərhəd dövlətlərlə əlaqə yaradılıb.

Nazir müavininin sözlərinə görə, Rumıniyanın Yassı şəhərindən 3 çarter reysi ilə 500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gəlib: “800 vətəndaşımızın Xarkov şəhərindən daha təhlükəsiz bölgələrə təxliyəsi təşkil olunub. Vətəndaşlarımızdan viza, PCR test və “COVID-19” pasportu tələb olunmur”.

Elnur Məmmədov deyib ki, 2050 Azərbaycan vətəndaşı Ukraynadan digər qonşu ölkələrə keçib: “Onlar Moldovaya, daha sonra Rumıniyaya keçənlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Xerson şəhərini tam nəzarətə götürdüyünü elan edib

Sonrakı məqalə

Xaricdə oxumuş 62 nəfərin diplomu tanınmayıb –