Rusiya Xerson vilayətindən mülki əhalini çıxarmağa başlayıb

Rusiya Xerson vilayətindən mülki əhalini çıxarmağa başlayıb. 
Azpost.info bildirir ki, bu barədə telegram-kanalda regionun qubernatoru Vladimir Saldo məlumat verib.
O, bu qərarın nə üçün verildiyini açıqlayıb. Saldonun sözlərinə görə, həmin ərazilərdə hərbçilər fəaliyyət göstərir və mülki əhali orada qalması mümkün deyil. Bundan başqa Ukrayna genişmiqyaslı hucum üçün qüvvələri cəmləşdirir. Ərazinin Kaxovski su elektrik stansiyasının dağıdılması ilə su altında qalması təhlükəsi yaranıb.
Bundan əvvəl Rusiyanın Ukraynadakı ordusunun komandanı Surovkin bildirib ki, Xersonda ağır vəziyyət yaranıb. Kiyev tərəfindən Xersona kütləvi raket-artilleriya zərbələrinin endirilməsinə hazırlıq barədə məlumatlar var.

 

 

Əvvəlki məqalə

Moldovada səfərbərlik elan edilə bilər

Sonrakı məqalə

Ordumuzun Daşkəsən və Gədəbəydəki mövqeləri atəşə tutulub