Rusiya Xersona çeçenlərdən ibarət hərbi qruplaşma gətirib –FOTO

Xerson vilayətinin Rusiyanın  nəzarətində olan ərazilərinə Çeçnistanın hərbi hissəsi gətilirib. 

Azpost.info bildirir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı sosial şəbəkədəki rəsmi səhifəsində bildirib.

Məlumatda deyilir ki, “Kadırovçular” adlanan çeçen döyüşçüləri işğalda olan yerlərdə yerləşdirilib: “Xerson vilayətində Rusiya qruplaşmalarını gücləndirmək üçün milli əlamət üzrə formalaşdırılmış 1300 nəfərlik “kadırovçu” hərbi hissə gətirilib”-deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Ukrayna ordusu Xerson istiqamətində əks-hucuma keçib. Sentyabrın 8-də Xarkov vilayətinin bir sıra əraziləri, o cümlədən Balakleyi şəhəri azad edilib.

 

Əvvəlki məqalə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Sonrakı məqalə

Xırdalanda yaşayış binası yanır