Rusiya Xersondan hansı halda çəkiləcək?- Dumanın deputatı AÇIQLADI

 “Rusiya silahlı qüvvələri cəbhənin Xerson istiqamətində tutduğu  əraziləri yalnız döyüşçülər arasında real kütləvi itki təhlükəsi yaranarsa, təslim edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, istefada olan general-leytenant Andrey Qurulev deyib.

Deputat xatırladıb ki, 126-cı briqada geriçəkilmə zamanı düşmənə böyük zərər vurduqdan sonra Ukrayna qoşunları Xerson ətrafında cəmləşməyə başlayıb.

“Sergey Vladimiroviç Surovikin necə dedi? Dedi ki, əgər bizim üçün kütləvi itki təhlükəsi yaranarsa, yəqin ki, biz bu xətləri saxlamayacağıq”, – deputat vurğulayıb.

Qurulev həmçinin bildirib ki, 126-cı briqada Xersonun şimalından təxminən 20-30 km məsafədə döyüşən zaman kortəbii şəkildə geri çəkilməyib: “Düşmənə çox böyük ziyan vurub və bu gün Hərbi Hava Qüvvələrinin bölmələri ilə birlikdə dayandığı xətlərdə möhkəmlənib”.

Azpost.info

 

Əvvəlki məqalə

Fuad Hacıyev və Zəminə Hacıyeva TÜRKSOY-un medalı ilə təltif olunub –

Sonrakı məqalə

“Yemək, geyinmək, çimmək istəyirsinizsə, mənə qulaq asmalısınız!”