“Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirən Rusiya XİN rəsmisi tərəfləri təmkinli olmağa çağırıb. “Rusiya vasitəçilik səylərini davam etdirir. Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır”, - M. Zaxarova vurğulayıb.