Rusiya XİN başçısı qırğız və tacik həmkarları ilə sərhəddəki vəziyyəti müzakirə edib

01 May 2021 - 20:28

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qırğızıstan və Tacikistan Xarici İşlər Nazirləri Ruslan Kazakbaev və Sirociddin Muhriddin ilə telefon danışıqları aparıb və tərəflərin Qırğızıstan-Tacikistan sərhədində tənzimləmə barədə razılaşmalarını məmnuniyyətlə qarşılayıb.

TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

“Rusiya Qırğızıstan və Tacikistanla strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq bu prosesə bütün lazımi köməyi göstərməyə davam etməyə hazırdır”, – məlumatda deyilir.