Rusiya XİN-dən Ermənistanda rus telekanallarının bağlanması çağırışlarına- REAKSİYA

“Ermənistanda Rusiya telekanallarının bağlanması demokratik prinsiplərə son qoya bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, təklifin İrəvanın rəsmi mövqeyini əks etdirdiyini şübhə altına alıb və hakimiyyəti bu təşəbbüsə münasibət bildirməyə çağırıb.

“Bloklanma ilə bağlı bəyanatlar nə dərəcədə rəsmi İrəvanın mövqeyini əks etdirir, onlardan soruşmaq lazımdır. İrəvan buna münasibət bildirsin. Amma orda belə fikirlər dolaşırsa, hesab edirəm ki, öz bəyanatları ilə sadəcə olaraq prioritet elan etdikləri demokratik prinsiplərə son qoyublar”, – Zaxarova bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barədə həbs qərarı –

Sonrakı məqalə

Fransanın Cənubi Qafqazda neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir