Rusiya XİN Qarabağa ərzaq yardımın detallarını açıqladı

“Rusiya Qarabağa humanitar yardımın hər iki istiqamətdə və müntəzəm olaraq maneəsiz çatdırılmasını gözləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Qarabağdakı çətin humanitar vəziyyətin həllinə yönəlmiş addımlar atmaqda davam edir: “Rusiya Xarici İşlər Nazirliyi bu məsələnin Azərbaycan və Ermənistan XİN-ləri ilə birgə həlli üzərində işləyir”.

Zaxarovanın sözlərinə görə, iyulun 25-də Moskvada Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin iştirakı ilə Laçın və Ağdam marşrutlarının paralel açılması sxemi işlənib. Lakin tərəflərin mövqeləri ciddi şəkildə fərqləndiyindən bu iş asan getməyib: “Qarabağdakı problemlərin həlli üçün ilk addım kimi Rusiya Qızıl Xaç Cəmiyyətinin xətti ilə ora humanitar yardımın ilk partiyasını göndərdi. Ümumilikdə 15 ton ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri çatdırılıb”.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın Qoşun komandanı sülhməramlıların yeni rəhbəri ilə Bakıya gəldi –

Sonrakı məqalə

Dolların sabaha olan məzənnəsi