Rusiya XİN “Qurani-Kərim”in yandırılmasını pisləyir

Moskva Stokholmda “Qurani-Kərim”in yandırılmasını pisləyir və radikallara qarşı tədbir görməyə çağırır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dini etiqad azadlığı hüququna əməl olunması sahəsində əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Gennadi Askaldoviçin bəyanatında deyilir.

“Biz bu cür cinayət əməllərini pisləyir və rədd edirik. Radikallara qarşı tədbir görülməsinə çağırırıq”, – deyə bəyanatda qeyd olunub.

Askaldoviç dinlərarası nifrətin qızışdırılmasında və dindarların təhqir olunmasından narahatlığını ifadə edib.

Əvvəlki məqalə

Nazirlik Pənah Hüseynin partiyasını qeydiyyata almır –

Sonrakı məqalə

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib