“Rusiyanın təhlükəsizlik sahəsində irəli sürdüyü bir sıra tələblərinin yerinə yetirilməsi qətiyyən mümkün deyil”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
“Bu, strategiya hissəsi ilə bağlı tələbələrə aiddir: Yerinə yetirilməsi mümkün olmayan tələblər yazılmış siyahını ortaya qoyub sonra bəyan edəsən ki, digər tərəf birgə işləmək istəmir. Və bundan da özünəməxsus şəkildə təcavüzkar davranışa bəraət kimi istifadə edəsən”-deyə Blinken vurğulayıb.
Onun sözlərinə görə, Rusiya yaxşı bilir ki, hansı tələbələr yerinə yetirilə bilməz. Amma dialoqun baş tutacağı sahələri də bilir.
Gələn həftə Rusiya və ABŞ arasında Cenevrədə strateji sabitliklə bağlı dialoqun növbəti raundu keçiriləcək.