Rusiyada 2 azyaşlı qız buzun çatlaması nəticəsində çayda boğulub

26 Yanvar 2020 - 23:01

Rusiyanın Kursk şəhərində 2009 və 2010-cu il təvəllüdlü 2 qız Seym çayı üzərində buzun çatlaması nəticəsində suya düşərək boğulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Hadisə bu gün yerli vaxtla saat 15:58-də şəhərin Volokno mikrorayonunda qeydə alınıb.

Xilasetmə qrupunun dalğıcları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində uşaqların cəsədləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.