Rusiyada 5,7 bal gücündə zəlzələ olub

21 Fevral 2021 - 11:30

Rusiyanın Tıva Respublikasında və Krasnoyarsk diyarında zəlzələ baş verib.

Tıva Respublikasında yeraltı təkanların gücü 5,7 bal olub. Zəlzələnin 3 bal gücündə afterşokları Krasnoyarsk diyarında da hiss edilib.

Hadisə zonasında tələfat və dağıntı qeydə alınmayıb.