“Tvitterə qayıtmaq fikrim yoxdur”–Tramp sosial şəbəkəyə marağının itdiyini dedi

ABŞ-ın sabiq prezidenti Donald Tramp Newsmax TV-yə müsahibəsində Tvitter sosial şəbəkəsinin ona qoyduğu əbədi qadağanı şərh edib.

Azpost.info bildirir ki, Tramp sosial şəbəkələrə marağını itirdiyini deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə olmadığına görə, bu müstəvi onun üçün daha cəlbedici deyil.

“Sizə deyim ki, bu daha əvvəlki deyil. Tvitterə baxsanız görərsiniz ki, o darıxdırıcı olub. Milyonlarla insan bu platformanı tərk edir. Bu çox darıxdırıcı olub. Biz Tvitterə qayltmaq istəmirik”-deyə Tramp aparıcıya bildirib.

Tramp bu şəbəkələrdə 100 milyondan çox üzvü olduğunu xatırladıb.

ABŞ-da dövlətə qarşı qiyam çağırışına görə Tvitter və Facebook sosial şəbəkələri sabiq prezidentə həmişəlik qadağa qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Liverpul” növbəti dəfə məğlub olub –

Sonrakı məqalə

Rusiyada 5,7 bal gücündə zəlzələ olub