Rusiyada  Azərbyacan vətəndaşını qətlə yetirmiş və buna görə 18 il həbs cəzası almış Armen Arakelyan Ermənistana ekstardisiya edilir. Azpost.info erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə qatilin oğlu Qurgen açıqlama verib. Onun sözlərinə görə, ekstradisiya  1 ay ərzində baş tutacaq. Dörd il əvvəl milli məsələ üstündə mübahisə nəticəsində Armen Arakelyan azərbaycanlını kafedə qətlə yetirib.  18 il həbs cəzası almış qatil Murmansk həbsxanasında cəza çəkir.