Rusiyada bir gündə 10 min adam koronavirusa yoluxub

03 May 2020 - 11:57

Rusiyada son bir gündə 10 633 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb. Virusa yoluxanların yarısından çoxunda koronavirusun simptomları müşahidə edilməyib. Ölkədə virusdan ölənlərin sayı isə 58 nəfər artaraq 1 280-ə yüksəlib.

Ən çox yoluxma halı Tatarıstan, Başqırdıstan və Leninqrad bölgəsində qeydə alınıb. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 16 026 nəfər sağalıb.